İcra Hakimiyyəti başçısı Ekologiya İdarəsini niyə ittiham etdi?

: 1 Approved Mingəçevir İH-də 6 aylıq hesabat. 26.07.2017
1 Approved Mingəçevir İH-də 6 aylıq hesabat. 26.07.2017

“Kürün ətrafı zibillənir.  Qurumuş ağacları kəməyə icazə verilmir. Nəyə görə bazarların ətrafı zibillikdir, amma tədbir görmək istəmirsiniz? Biz  qurumuş ağacları kəsmək üçün sizə müraciət edirik, cavab alana qədər 2 ay keçir. Niyə yerində qərar qəbul etmirsiniz? Bu şəhəri zibilləyənlərə qarşı niyə biganəsiniz? “

Bu fikirləri  İyulun 26-da Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın  altı aylığın yekunu üzrə  hesabatı zamanı Niyazi Bayramov  səsləndirib.  Başçı  8 saylı Təbii Səvətlər və Ekologiya İdarəsinin nümayədəsi Qərib Abdullayevə iradlarını bildirib və deyib ki, idarənin fəaliyyəti onu qane etmir.   

Hesabatda İHB başçısının  birinci müavini İ.İsmayılov ilin 6 ayı ərzində şəhərdə görülən işlər barədə ətraflı məlumat verib. O, bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının Mingəçevirə aid olan bəndləri uğurla yerinə yetirilib. Ötən dövrdə  1080 yeni iş yeri açılıb,  “Asan Həyat” və Sənaye Parkının tikintisində  işlər davam etdirilib.  Şəhərin məhəllə daxili ərazilərinə, yol və səkilərə 30 min kv.metr  asfalt, park və xiyabanlara 6,2 min kv metr tamet  döşənib. Enerji müəssisələrində istehsal 34,3 % artaraq,  4 milyard 31 milyon kilovat saata çatdırılıb.  

Natiqin məlumatına görə,  hazırda şəhər üzrə 18075 nəfər təqaüd alan şəxs var. 646 ailəyə ünvanlı sosial yardım  verilib.  1633 nəfər iş axtaran kimi Məşğulluq Mərkəzində qeydə alınıb,  593 nəfər ixtisasına uyğun işlə təmin olunub, 133 nəfərə işsizlik statusu verilib.  Su-kanal idarəsi tərəfindən  1900 qəzanın qarşısı alınıb, 7118  yeni abonentə sayğac quraşdırılıb.  1213 müəllim diaqnostik qiymətlənitdirmədən keçib,  onların 42 %-i respublika üzrə ən yüksək nəticə göstərib.  İH başçısının 21  rəsmi qəbulu, 22 səyyari görüşü keçirilib. Hesabat dövründə yuxarı təşkilatlardan v ə vətəndaşlardan daxil olan ərizə və müraciətlər 10% azalaraq,  548 olub.

Maliyyə İdarəsinin rəisi Samir Məmmədov büdcə gəlirləri  və xərclərinin vəziyyəti, şəhər sahibkarlar təşkilatının rəhbəri Vaqif Həsənov son vaxtlar sahibkarlığa  yaradılan münbit  şərait, eyni zamanda nəğd hesablaşmalara məhdudiyyət qoyulması nəticəsində kişik sahibkarların bazardan aldıqları məhsullara görə nəğd əməliyyatları ödəməkdə çətinlik çəkdikləri,  Sənaye Parkının icraçı direktoru Arif Mahmudov  parkın quruculuğu və kadr potensialı sahəsində aparılan işlər,  Mingəçevir Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül  Ələkbərov ilin əvvəlindən icbari tivbbi sığortanın tətbiqi ilə bağlı yeniliklər barədə danışıblar.  

Məqalə Qiyməti