“Mingəçevir işıqları” qəzeti GİZ-in müsabiqəsində üç qalibdən biri oldu

: GIZ-in növbəti müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunarkən
GIZ-in növbəti müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunarkən

Almaniya  Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti  jurnalistlər arasında  miqrasiya hüququ mövzusunda keçirdiyi  müsabiqəyə yekun vurub.  Mart ayından başlayan və mayın sonunda başa çatan müsabiqəyə 9 yazı təqdim olunub. İki ay davam edən qiymətləndirmədən sonra  ekspertlərin rəyi ilə   1-ci yer müstəqil  jurnalist Xalid Kazimova  (“Miqrasiya qanunvericiliyinin qeydiyyat problemi...”),  2-ci yer “Mingəçevir işıqları”  qəzetinin baş redaktoru  Fərman Nəbiyevə  (“ Miqrant,  emiqrant  və  immiqrant ömrü:  xoşbəxt, yoxsa bədbəxt həyat?”), 3-cü yer isə  modern.az  səhifəsinin əməkdaşı  Namidə Kərimovaya   (“Gürcüstan vətəndaşları Azərbaycan vətəndaşlığı ala bilər, amma...”)  verilib.

Bu münasibətlə GİZ-in Bakı ofisinin proqram rəhbəri iyulun 27-də qaliblərlə görüşüb, onlara sertifikatları və 700, 500 və 400 manat məbləğində pul mükafatlarını  təqdim edib. 

Məqalə Qiyməti