KİV, QHT və hökumət nümayəndələri üçün açıq məlumatlarla bağlı yeni fürsət

: Azərbaycanda data jurnalistika ilə bağlı onlayn təlimlərə başlanır
Azərbaycanda data jurnalistika ilə bağlı onlayn təlimlərə başlanır

Əziz dostlar,

Azərbaycanda data jurnalistikanın inkişafı ilə bağlı layihə komandası distant  təlim üçün qeydiyyata başlayır. İştirakçılar  məlumat axtarışının əsasları, onların sistemləşdirilməsi və əyaniləşdirilməsi, cədvəllərə çevrilməsi yollarıını öyrənəcəklər. Təlimə qatılan hər kəs internet səhifədə yerləşdirlən kurs materialları  ilə sərbəst şəkildə tanış ola biləcək.  Həftədə 2 dəfə iştirakçılarla kontaktda olacaq təlimçi tapşırıqlarını verəcək və sualları cavablandıracaq. Kursu uğurla bitirən şəxslər Avropanın açıq məlumatlar bazasına daxil ediləcək və  gələcəkdə mövcud mövzu ilə bağlı tematik tədbirlərə dəvət edilmək imkanı qazanacaqlar.

Kursları  2017-ci il sentyabrın 8-dən 22-dək rus və ingilis dillərində Polşa və Belorus fəallarından  olan və  açıq məlumatlarla işləməkdə böyük təcrübəyə malik  Lyaksey Lyavonçık aparacaq.(Kurs materialları səhifədə ingiliscə yerləşdirilib). 

Kursda iştirak etmək istəyən şəxslər 1 sentyabr 2017-ci ilədək   www.data.org.az  səhifəsinə daxil olub, tələbə  kimi qeydiyyatdan keçməli, kursa qoşul düyməsini basmalıdırlar. Təsdiq prosesindən sonra müraciət edənlər kursa daxil ola biləcəklər.

Onlayn təlimləri Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində  “Mingəçevir  Valideynlər Assosiasiyası”  (Azərbaycan)  “Linking Media” (Polşa)  təşkilatı ilə birgə gerçəkləşdirir.   

Məqalə Qiyməti