Goranboy sakini ilanların əhatəsində

: 27 il bundan əvvəl inşa edilən evə ilanlar daraşıb
27 il bundan əvvəl inşa edilən evə ilanlar daraşıb

Coranboyun Qaradağlı kəndində 27 il bundan əvvəl inşa edilən evə ilanlar daraşıb. Mənzilin bütün otaqlarında hər gün ilanlarla rastlaşan ev sahiblərinin nə gecələri var, nə də gündüzləri. Ev sahibi Şahin Muxtarov deyir ki, binanın zirzəmisində ilanların yuvası var: “Gecə saatlarında daha çox rastlaşdığım ilanlardan 60-nı öldürmüşəm. İlanlar fərqli  görnüşə malik olsalar da, onların hansı ilan növünə aid olduğunu dəqiq deyə bilmirəm”.

Evin bütün otaqlarınada, hətta vanna otağında tapılan sürünənlər 20-25 sm-dən 1 metrədək  uzunluğa malikdir: “Həyətdə, evdə kükürd yandırmağına baxmayaraq, ilanlar azalmaq bilmir.Yaranan təhlükəli vəziyyətlə bağlı aidiyyatı qurumlara xəbər vermişəm. Lakin çağrışıma cavab verən yoxdur”.

Məqalə Qiyməti