Başçı Qurban bayramını uşaqlarla birgə keçirdi

: Başçı Qurban bayramndaı  uşaqlarla birgə
Başçı Qurban bayramndaı uşaqlarla birgə

Müqəddəs Qurban bayramı münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti valideyn himayəsindən məhrum, qəyyumluqda olan və fiziki sağlamlığı məhdud uşaqlar üçün  bədii-əyləncəli gecə təşkil edib. Onlara ən xoş arzularını bildirən İcra Hakimiyyəti başçısı Niyazi Bayramov  ölkə rəhbərinin, o cümlədən Heydər Əliyev Fondunun  yeni nəslin fiziki və mənəvi inkişafına göstərdikləri davamlı qayğıdan danışıb, Qurban bayramının müqəddəsliyindən, insanlarda mərhəmət, yaxşılıq hissləri  yaratmasından, xalqımızın adət -ənənələrinin zənginliyindən söhbət açıb.

Milli mətbəxtimizin zəngin təamları ilə bəzədilmiş bayram süfrəsi ətrafında müxtəlif nağıl qəhrəmanları, rəqs qrupları, Uşaq Yaradıcılıq Mərkəzi və Mingəçevir Dövlət Dram Teatrının kollektivləri balacalara unudulmaz anlar yaşadıblar. Xoş münasibət,səmimi ünsiyyət, rəngarəng çıxışlar  uşaqların könlünə məlhəm çəkib.

Məqalə Qiyməti