Mingəçevirdə nərd üzrə şəhər çempionatına yekun vurulub

: M.Mirzəyev adına istirahət parkında baş tutan çempionat
M.Mirzəyev adına istirahət parkında baş tutan çempionat

Mingəçevir şəhər Gənclər və İdman İdarəsi avqust ayının sonunda ahıllar arasında “Nərd” milli oyunu üzrə şəhər çempionatı keçirib. Üç gün davam edən çempionatda 64 həvəskar dörd yarımqrupda mübarizə aparıb. M.Mirzəyev adına istirahət parkında baş tutan çempionatın qalibləri aşağıdakılar olub:

Səfər Şahmar oğlu Səfərov - I yer;

Mehman Hilal oğlu Qurbanov - II yer;

Çingiz Selman oğlu Bayramov - III yer.

Qaliblər şəhər Gənclər və İdman İdarəsinin mükafat və diplomlarıyla təltif olunublar.

Məqalə Qiyməti