Bələdiyyə yüksək nəticə göstərən məzunları mükafatlandırdı

: Mingəçevir Bələdiyyəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan orta məktəb məzunları ilə görüş
Mingəçevir Bələdiyyəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan orta məktəb məzunları ilə görüş

Mingəçevir Bələdiyyəsində 2016-2017-ci tədris ilində şəhər ümumtəhsil məktəbləri üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan orta məktəb məzunları ilə görüş keçirilib. Bələdiyyənin sədri Coşqun Abdullayev tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynlərini təbrik edib. Sədr vurğulayıb ki, bələdiyyə artıq belə görüşləri ənənə halına salıb.

Şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov məlumat verib ki, ali məktəblərə qəbul imtahanlarında bu il məzunlardan  60-ı 600-dən yuxarı, 25-i 650-dən yuxarı bal toplayıb. Müsabiqədə iştirak edən şagirdlərin 75%-и müxtəlif ali məktəblərə qəbul olunub. 

Bələdiyyə üzvlərindən Əli Əliyev, Mircəmil Hacıyev, Nəbi Nəbiyev və Zahid Qasımlı tələbələrə növbəti təhsi pilləsində  uğurlar arzulayıblar.    

Bələdiyyənin bu tədbirini təqdirəlayiq hesab edən 10 saylı məktəbin direktoru Xumarə Mikayılova, Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev, valideynlərdən Əli Məmmədov və Qafur Əhmədov həm də ailə və məktəb əməkdaşlığından, mingəçevirli valideynlərin övladlarının təhsilinə kifayət qədər diqqət ayırdıqlarından danışıblar.

Görüşün sonunda 28 tələbəyə bələdiyyə tərəfindən pul mükafatı verilib.

Məqalə Qiyməti