Məcburi köçkünlər də sudan gileylənir

: Məcburi köçkünlər təmiz su tələb edirlər
Məcburi köçkünlər təmiz su tələb edirlər

“Mingəçevirdə beş yüzdən çox ailənin məskunlaşdığı  köçkün şəhərciyində mənzillərə verilən su istifadəyə yararsızdır. Su xətlərindən axan maye həm rəngi, həm də dadına görə içməli sudan fərqlənir. Kranlardan axan sudan  süzülmədən içmək mümkün  deyil. Çirkli sudan istifadə edən azyaşlı uşaqlarda müəyyən xəstəliklər yaranıb”.

Ağdamdan məcburi köçkün Elmidar Rəhimov belə deyir. Əkrəm Əliyev isə bildirir ki, 10  ədəd 9 mərtəbəli binanın  yerləşdiyi şəhərciyə içməli su anbardan nasoslar  vasitəsi ilə verilir:  “Hündür mərtəbəli binalara verilən su içməyə yox,  suvarmaya yararlıdır”.

Yaqub  Sadiqovun fikrincə,  çirklənməyə səbəb anbarın təmizlənməməsidir: “Nolar adam köçkün olanda.  9 mərtəbədə oturub  nə suvarırıq ki, bizə belə natəmiz su verirlər? Dəfələrlə Mingəçevir su və kanalizasiya idarəsinə demişik. Amma sözümüzü eşidən yoxdur”.

Yaranmış vəziyyətlə bağlı Mingəçevir Su Kanal idarəsinin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. 

Məqalə Qiyməti