Bir tərəfdə Azərbaycan, digər tərəfdə Türkiyə bayrağı

: İki qardaş ölkənin bayrağına bürünən ev
İki qardaş ölkənin bayrağına bürünən ev

Şəhər sakini Mayıl Şamxalov ata evini diqqət çəkən etmək üçün iki qardaş ölkənin bayrağına bürüyüb. Görənlər binanı konsulluq və ya səfirlik olduğunu zənn edirlər. Uzun illərdir Mingəçevirdə yaşayan birinci qrup əlil uşaqlıq arzusunu 300 manatdan artıq xərc çəkməklə reallaşdırıb.

Ev sahibi Mayıl Şamxalovun sözlərinə görə, onun mənzili sosial şəbəkələrin də bəzəyinə çevirilib: “Yerli sakinlər, şəhərə gələn turistlər bu ünvana gəlib şəkil, video çəkirlər”.

Şamxalovların atası Abdulla kişi turk vətəndaşı olub. Nuru paşanın ordusunda xidmət edərəkən Azərbaycana gəlib və burada yaşayıb,oğul-uşaq sahibi olub.

Abdulla kişi elə Azərbaycanda da vəfat edib.

Məqalə Qiyməti