Minngəçevir iki Böyük Vətən Müharibəsi veteranını son mənzilə yola saldı

: Əmrah Rzayev  və Nadejda Orucova
Əmrah Rzayev və Nadejda Orucova

Onlardan biri 92 yaşlı Əmrah Rzayev, digəri isə 94 yaşlı Nadejda Orucova idi. Bu gün Əmrah Rzayevin 3 mərasimi,  Nadejda Orucovanın isə 7 mərasimi idi.  Hər ikisi bu günə qədər saqlıqlı ömür sürüb yaşamışlar.  Əmrah Rzayev müharibədən sonra pedaqoji fəaliyyətlə məşğul olub.  Nadejda Orucova da o dəhşətli illərin od-alovundan keçib və taleyinin sonrakı illərini dinc quruculuq işlərinə sərf edib. Mingəçevirdə 50 il müəllimlik fəaliyyəti ilə məşğul olub. Bu gün isə onların divardan asılmış şəkilləri bizi qarşıladı. 

Mingəçevirdə   1941-1945-ci illər müharibəsinin 2015-ci ilə qədərki satatistikasına əsasən  10 vetaranı yaşayırdı.  Bu gün  onlardan cəmi 3-ü  həyatdadır. Onlar  müharibənin ağır günlərini, azərbaycanlıların cəbhədəki rəşadətini  bizlərə dəfələrlə xatırladırdılar. Böyük Vətən Müharibəsi Veteranlarının  Mingəçevir şöbəsinin sədri Ələm Məmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu insanlara çox böyük diqqət və qayğı göstərirdilər. Hər il 9 may qələbə günündə  onlar şəhər rəhbərliyi tərəfindən yüksək səviyyədə  yad edilirdilər. Hətta bu yaxınlarda bir necə xəstə veteranın ailəsində də olmuşduq. Onlarla səmimi söhbətlərimiz də oldu.

Bu gün Ələm Məmmədovla birgə hər iki veteranımızın yas mərasimində iştirak etdik. Onların ruhlarına düalar oxundu, Allahdan rəhmət diləndi.

Məqalə Qiyməti