Mingəçevirin İcra başçısı üçəm dünyaya gətirən ana ilə görüşüb

: Mingəçevirin İcra başçısı  üçəm dünyaya gətirən ana ilə görüşüb
Mingəçevirin İcra başçısı üçəm dünyaya gətirən ana ilə görüşüb

Əslən Kəlbəcərdən olan  30 yaşlı Fəxriyyə Mamedova Mingəçevir Xəstəxanasının döğum evində 3 qız uşağı dünyaya gətirib.  Yeni dünyaya gələn körpələrin vəziyyəti ilə tanış olmaq üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər Mərkəzi Xəstəxanası Publik Şəxsin direktoru Könül Ələkbərov, mətbuat və ictimaiyyət nümayəndələri şəhər mərkəzi xəstəxanasında olublar.  Görüş zamanı başçı gənc ananı bu münasibətlə təbrik edib, ona can sağlığı, xoşbəxtlik arzulayıb. Bildirib ki, anaya və uşaqlara baxmaq üçün tibb bacıları ayrılacaq. Eyni zamanda anaya və körpələrə gül dəstəsi və hədiyyələr təqdim edib.

Üçəmlərin nənsi Şövkət xanım sevincini bizimlə bölüşüb. Şövkət xanım ölkə rəhbərliyinə olan sonsuz sevgisini nəvələrinə qoyduğu  Mehriban, Leyla və Arzu adları ilə bildirib:  “Sevincimin həddi-hüdudu yoxdur . Artıq 4 qız nəvəm var.Allahdan bircə arzum odur ki, bu uşaqları sağlam böyüdə bilək”.

Qeyd edək ki,uşaqların və ananın vəziyyəti həkimlərin nəzarəti altındadır, onlar özlərini normal hiss edirlər.

Məqalə Qiyməti