Təhmasib Hüseynov “Azərbaycan İES” MMC-nin direktoru təyin olunub

: Təhmasib Hüseynov
Təhmasib Hüseynov

Bütün gəncliyini və ömrünün böyük hissəsini Azırbaycan İstilik Elektrik stansiyasına həsr edən Təhmasib Əbil oğlu Hüseynov 1985-ci ildə Neft Kimya İnstitutunu energetik mühəndisi ixtisası üzrə bitirərək, təyinatla Azərbaycan DRES-ə (indiki İES) göndərilib. Ötən 32 il ərzində o, stansiyada turbin nəzarətçisi, blok maşinisti, mühəndis  böyük mühəndis, sex rəisinin müavini, sex rəisi, baş mühəndisin müavini, baş mühəndis vəzifələrində çalışıb. 2000-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 17 noyabr 2017-ci ildə “Azərbaycan İES” MMC-nin direktoru təyin olunub.

Ailəlidir, bir qızı vı bir oğlu var, hər ikisi ali təhsil alıb, qızı evlidir. Həyat yoldaşı   da ali təhsillidir və müəllim vəzifəsində çalışır.

Məqalə Qiyməti