Kahramanmaraş bələdiyyəsi Mingəçevirlə qardaşlaşmaq niyyətindədir

: Kahramanmaraş bələdiyyəsindən olan qonaqlar Mingəçevir Sənaye Parkı ilə tanış olarkən
Kahramanmaraş bələdiyyəsindən olan qonaqlar Mingəçevir Sənaye Parkı ilə tanış olarkən

Mingəçevir Sənaye Parkında güclü iş gedir. Artıq iplik istehsal edəcək iki fabrikin tamamlama işləri aparılır. Daha 7 fabrikin tikintisi gözlənilir. Bu, minlərlə iş yerləri deməkdir. Türkiyənin Kahramanmaraş bələdiyyəsindən olan qonaqları oraya aparanda gedən işlərin şahidi oldum.

Türkiyənin Kahramanmaraş bələdiyyəsi  Mingəçevir bələdiyyəsi ilə qardaşlıq protokolu imzalamaq, mədəni, iqtisadi əlaqələr qurmaq niyyətindədirr.Nümayəndələr öz bələdiyyələrinin büdcəsindən, fəaliyyətindən elə faktlar dedilər ki, bizə yalnız o səviyyəyə çatmaq üçün arzulamaq qaldı.

Məqalə Qiyməti