Çörək pulunu əl işlərindən çıxarır

: Kəlbəcərli  köçkün Əli Rzayev
Kəlbəcərli köçkün Əli Rzayev

Mingəçevirdə məskunlaşmış kəlbəcərli  köçkün Əli Rzayevin  60 yaşı var. O, müxtəlif sənət nümunələri  hazırlayıb sataraq, gündəlik çörək pulunu çıxarır. Dediyinə görə, bu sənətə 4-cü sinifdən maraq göstərib: “O vaxt kiçik bir oxlov düzəltmişdim. Onda nə dəzgahım vardı, nə də rəndəm. İndi, Allaha şükür, hər şeyim var. Hazırladığım bu vərdənə (xəmir və s. yaymaq üçün) ən qədim məişət əşyalarımızdan biridir. Əldə rahat işlətmək mümkündür. Bunlardan başqa sandıq, şamdan, çömçə, qaşıq da hazırlayıram. Bu əşyaların kifayət qədər alıcıları da var. Xüsusən gənc xanımlar daha çox maraq göstərirlər. Balaca sandıqçaların da müştərisi çoxdur”.

Usta bu əşyaları Balakən, Zaqatala bölgələrindən gətirilən  armud, yemişan, cökə ağaclarından hazrıladığını deyir.

Qiymətlərlə də maraqlandıq. Çömçələr 5-6, vərdənələr 3-5, yasəmən ağacından hazırlanan şirniyyat üçün oxlovlar isə 10 manata satılır. Usta ət kötükləri, həvəngdəstə, hətta taxtadan yumurta da hazırlayır və bu  məhsulların satışını da elə özü təşkil edir.

Məqalə Qiyməti