Mingəçevirdə 2 otaqlı həyət evi əşyaları ilə birlikdə yandı

: Nəsimi küçəsindəki 52 saylı evdə yanğın
Nəsimi küçəsindəki 52 saylı evdə yanğın

Bu gün, yanvarın 30-da səhər saat 6.50-də  Mingəçevirdə,  Nəsimi küçəsindəki 52 saylı evdə yanğın baş verib. Nəticədə Yavər Məhərrəmova məxsus 1 mərtəbəli  2 otaqlı həyət evi əşyaları ilə birlikdə yanaraq, sıradan çıxıb. Mingəçevir Yanğından Mühafizə Xidməti əməkdaşlarının səyi bahasına  yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Ev sahibi yanğnın qaz sobasından baş verdiyini deyib. O, səhər qazı yandırarkən  boruda olan sızma evin yanmasına səbəb olub.

Məqalə Qiyməti