Şirkətə məxsus 70000 manatı oğurlamaqda təqsirli bilinən şəxs kimdir?

Mingəçevir şəhər polis şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı Vəliyev Kənan Yusif oğlu şirkətə məxsus  70000 manatı oğurlamaqda suçlu hesab edilib.

“Şirkətlərin birində hasilatçı  işləyən  Mingəçevir şəhər sakini Elçin Abdullayev  bu il aprelin 30-da Mingəçevir polis şöbəsinə ərizə ilə müraciət etmişdi. O, bildiriirdi ki, səhər  saat  7  radələrində 2 nəfər  evinin girişində fənərə oxşar alətlə  onu zərbələr endirib və içərisində 70 min manat olan çantanı əlindən alaraq aradan çıxıb. Bununla bağlı aparılan istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə Vəliyev Kənan Yusif oğlu şübhəli şəxs qismində istintaqa cəlb olunub. Onun barəssində həbs qəti imkan tədbiri seçilib”.

Bu haqda Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Tahir Şirinov   məlumat verib. Müstəntiqin dediyinə görə, Elçin Vəliyev ilkin ifadəssində

törətdiyi əməldən peşiman olduğunu və oğurluq etdikdən sonra pulu qaytarmaq istədiyini də bildirib.

Məqalə Qiyməti