Mingəçevirdə “Maxim” beynəlxalq taksi sifarişi xidməti fəaliyyətə başladı

: maxim
maxim

Mingəçevir sakinləri və şəhərin qonaqları Azərbaycanın paytaxtında və dünyanın 9 ölkəsində fəaliyyət göstərən müasir və rahat taksi sifarişi xidmətindən yararlanmaq imkanını əldə etdilər.

“Maxim” xidməti ilə sərnişinlər taksini asan və tez çağırmaq imkanına malikdilər - “Maxim: taksi sifarişi” iOS, Android və Windows Phone proqram təminatını dəstəkləyən smartfonlar və planşetlər üçün firma mobil əlavəsi ilə və onlayn, taximaxim.az saytından.

Sürücülər, sərbəst qrafiklə işləməklə, sifarişləri şəxsi avtomobillərində yerinə yetirmək imkanını əldə etdilər. Sürücüləri əməkdaşlığa dəvət edərkən “Maxim” taksi sifarişi xidməti onlara minik taksidə sərnişinlərin və baqajın daşınması üçün tələb olunan icazələrin alınmasında köməklik göstərir.

“Maxim” göstərdiyi xidməti sərnişin və sürücülər üçün maksimal dərəcədə rahat etməyə çalışır. Səfərin qiyməti optimal marşrutla hesablanır və sifariş yerinə yetirildikdən öncə məlum olur. Şəhərlərin əksəriyyətində avtomobili gözləmə müddəti 5-10 dəqiqədən artıq olmur. Sayt və mobil əlavə vasitəsi ilə əks əlaqə imkanı təşkil olunub, menecerlər bir rəyi belə diqqətsiz qoymur. Bu cür yüksək səviyyəli xidmət Mingəçevirdə də göstəriləcək. Getmək vaxtıdır!

 “Maxim” 2003-cü ildən bazardadır. Xidmət Azərbaycanda, Ukraynada, Rusiyada, Qazaxıstanda, Gürcüstanda, Bolqarıstanda, Tacikistanda, Belarusda, Qırğızıstanda və İtaliyada fəaliyyət göstərir.

Məqalə Qiyməti