Başçı fəxri ad almış aktrisanı qəbul edib

: Mingəçevir Şəhər  icra  Hakimiyyətinin başçısı Niyazi Bayramov aktrisanı qəbul edib
Mingəçevir Şəhər icra Hakimiyyətinin başçısı Niyazi Bayramov aktrisanı qəbul edib

Mingəçevir Dövlət Dram Teatrının aktrisası Ella Yaqubova ölkə rəhbərinin sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülüb. Bu münasibətlə Mingəçevir Şəhər  icra  Hakimiyyətinin başçısı Niyazi Bayramov aktrisanı qəbul edib. Başçı Prezidentin sərəncamından söhbət açaraq bildirib ki, cənab İlham Əliyev mədəniyyət sahəsinə daim isti münasibət göstərir, incəsənət xadimlərindən dəstəyini əsirgəmir. Başçı aktirisaya yeni yaradıcılıq uğurları arzulayıb və hədiyyəsini təqdim edib.

Ella Yaqubova Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubleyinin keçirilməsi və fəxri ada layiq görülməsi haqqında sərəncamlarına görə ölkə prezidentinə minnətdarlıq edib, eyni zamanda diqqət və qayğıya görə İcra Hakimiyyəti başçısına, teatrın direktoruna və çalışdığı kollekktivin bütün üzvlərinəı təşəkkürünü bildirib.

Qəbulda İcra hakimiyyəti başçısının müavini Hikmət Kərimov və teatrın direktoru Səxavət Məmmədov da iştirak ediblər.

Məqalə Qiyməti