Müşfiqin adını daşıyan filialda Müşfiq gecəsi

: Mikayıl Müşfiqin adını daşıyan 10 saylı filialın 7 saylı Xətai filialı ilə birgə təşkil etdiyi poeziya gecəsi
Mikayıl Müşfiqin adını daşıyan 10 saylı filialın 7 saylı Xətai filialı ilə birgə təşkil etdiyi poeziya gecəsi

Bu gün ədəbiyyatımızı Müşfiq yaradıcılığından kənarda təsəvvür etmək  qeyri mümkündür. Yaşadığı cəmiyyətin səmimi vətəndaşı, alovlu şairi olan Müşfiq xalqa, insanlara bağlı idi, onların xoşbəxt gələcəyini, yüksəlişini tərənnüm edir, işıqlı dünyadan əl çəkmək istəmirdi:

“Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim...”

Bu fikirlər şəhər Mərkəzi Kitabxanasının Mikayıl Müşfiqin adını daşıyan 10 saylı filialında 7 saylı Xətai filialı ilə birgə təşkil edilən poeziya gecəsində səsləndirilib. Müşfiqin 110 illiyinə həsr olunan və oxu zalında baş tutan tədbirdə filiallların müdirləri Tünzalı Mürsəlova və Akifə Niftəliyeva qısa ömür yaşamış şairin böyük həyatından danışıblar. Mərkəzi kitabxananın müdir müavini Gülnarə Məmmədova da fikirlərini bölüşüb.

10 saylı məktəbin kitabxana müdiri Gültəkin Əsgərova və məktəb uşaq birliyinin rəhbəri Mehparə Allahverdiyevanın təşəbbüsü ilə həmin təhsil ocağında dərs alan uşaqlar “Gözəlliyin tərənnümü” adlı kompozisiyalarını təqdim ediblər. Tədbirin musiqi bəzəyini isə 3 saylı İncəsənət məktəbinin kollektivi öhdəsinə götürüb. Gecə şairin yubileyi məqsədilə hazırlanan sərgiyə baxışla başa çatıb.       

Məqalə Qiyməti