“İnci” ilk müştərilərini qarşıladı

:
"Mİ"nin müxbiri Yeganə Nəbiyeva “Agsaray” otelinin Yeyəcək və içəcək departamenyinin baş müdiri Zaur Allazovla "İnci" barədə söhbət edərkən

İyulun 15-də Kür çayının  üzərində yerləşən “İnci” restoranı fəaliyyətə başlayıb. “Agsaray” otelinin Yeyəcək və içəcək departamenyinin baş müdiri Zaur Allazovun sözlərinə görə, “İnci”  restoranı “Ağsaray” holdinqinə bağlı bir məkandır:  “Bu holdinqin tərkibində  turist agentliyi var,  Quba və  Xızıda “Cənnət bağları”,  Mingəçevirdə  “Ağsaray” oteli fəaliyyət göstərir”.

Müsahibimiz diqqətə çatdırdı ki, müştərilərinə çoxsaylı yeməkləri təklif edən “İnci” əsasən balıq restoranıdır: “Böyük akvariumumuzda müxtəlif növlü balıq və başqa dəniz məhsulları yetişdiririk. Müştərilərimizin İlboyu dondurma deyil, təzə balıq  məhsullarını yemək şansı olacaq”.

Öyrəndik ki, “İnci”nin 25 işçisi var. Xidmət sahəsində inkişafı və bilgiləndirilməsi üçün onlara mütəmadi treninqlər keçiriləcək. Bu işi əvvəllər Hyatt Recensy otelində çalışıb və otel xidməti sirlərini öyrənmək üçün 2 aylıq Amerikaya ezam olunmuş Zaur Allazov öhdəsinə götürüb. Zaur bəy “İnci” restoranında qiymətlərin digər restoran və kafelərdən daha münasib olduğunu da deyir.

Restoranın  səliqə-sahmanı göz oxşayır. Burada qapalı və açıq məkanda 500 və bir qədər də artıq insanın banket, toy, xinayaxdı mərasimləri və digər tədbirləri keçirməsi üçün şərait mövcuddur.

Zaur bəy onu da vurğuladı ki, iş saatında məhdudiyyət qoyulmur: “Son müştəri qalxanadək xidmət davam edəcək. Restoranimiz başqa kafelərlə müqayisədə servis, müştəriyə yanaşma və keyfiyyətli xidmət baxımından fərqlənəcək”.

Məqalə Qiyməti