“İstərdim ki, düzü-düz, əyrini-əyri göstərəsiniz”

: Milli Mətbuat günü ilə əlaqədar Mingəçevirdə yerli və bölgə KİV-lərinin nümayəndələri ilə görüş
Milli Mətbuat günü ilə əlaqədar Mingəçevirdə yerli və bölgə KİV-lərinin nümayəndələri ilə görüş

Azərbaycan Milli Mətbuatının 143-cü ildönümüylə əlaqədar iyulun 20-də Mingəçevirdə fəaliyyət göstərən yerli və bölgə KİV-lərinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə “Mingəçevir işıqları”, “Mingəçevir”, “Azərbaycan işıqları”, “Azərbaycan bələdiyyəsi”, “Azadlıq” qəzetləri, “Bənövşə” jurnalı və  “AZTV”-nin bölgə müxbirləri iştirak ediblər. İcra Hakimiyyəti aparatının məsul işçisi Sahib Əliyev media mənsublarına İH başçısı Niyazi Bayramovun  salamını çatdırıb.  Azərbaycan mətbuatının keşməkeşli yolundan danışan natiq Həsən Bəy Zərdabi irsinin daşıyıcıları olan yazarlara sözün, haqqın-ədalətin keşiyində layiqincə dayanmalarını və bu yolda onlara iti zəka, kəsərli qələm, əzm və cansağlığı arzulayıb: “Mingəçevirin inkişafı sizin gözlərinizin önündə gedir. Bu tərəqqini siz salnaməyə çevirirsiniz. Düzdü, bəzən yaxşıya neqativ gözlə baxan jurnalistlər də tapılır. Amma istərdim ki, düzü-düz, əyrini-əyri göstərəsiniz”.

Jurnalistlər də diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Tədbir şəhərin restoranlarının birində şam süfrəsi ilə yekunlaşıb.

Məqalə Qiyməti