“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində təlimlərə start verilib

:
"İşıqlı Gələcək" yeni layihəyə başladı

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Mingəçevirdə gerçəkləşdirilir

 

Mayın 3-də Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi  sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi və hüquqi maarifləndirmə, region gəncləri arasında sahibkarlıq fəaliyyətinə maraq yaratmaqdan  ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərancamı ölkədə kiçik sahibkarlığın inkişafına təkan verəcək. Buna uyğun olaraq  ölkəmizin gələcəyi olan gənclərin sahibkarlıq fəaliyyətinə və onların uğurlu karyera qurmalarına yardımçı olmaq üçün maarifləndirmə işlərini gücləndirmək məqsədi ilə Mingəçevir Gənclər Evində “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək”  adlı layihənin  təlimlərinin keçirilməsi zəruri hesab edilib və layihənin ilk təlimlərinə start verilib. 2 hissədən ibarət olan təlimdən ümumilikdə 50 nəfər  gənc yararlanacaq. İlk hissədə iştirakçılar  Mingəçevir Dövlət Universtietinin  İqtisadiyyat fakultəsinin  25 tələbəsindən ibarət olub. Bu təlimin keçirilməsi region gənclərinin məşğulluğunun artırılmasına, region gənclərinin “Sahibkarlıq  Məktəbi” vasitəsilə digər regionlarda da bu işi davam etdirməsinə yardımçı olacaq.

Təlimçi Kamal Əhmədov təlimin məqsədi, biznes ideyası, marketinq və satışın müəyyən edilməsi, alış və tədarük planı və investisiya həcminin müəyyən edilməsi, biznesin müxtəlif xərcləri haqqında iştirakçılara ətraflı məlumat verib,  bu istiqamətdə maarifləndirmə işlərinin növbəti təlimlərdə də  davam etdiriləcəyini bildirib.

Məqalə Qiyməti