“Təmiz Sahil” layihəsinə başlanıb

: Təlim zamanı
Təlim zamanı

Kamal Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi  çərçivəsində  “Təmiz Sahil” layihəsinin icrasına başlayıb. Layihə ərzində ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan  gənclərlə 3 günlük təlimlərin keçirilməsi nəzərdə tutulub. Onlara  ekologiya və ətraf mühitlə bağlı vacib nəzəri və praktiki biliklər veriləcək. Əsasən  ekoloji problemlər və onların aradan qaldırılması yolları, regionlarda,  xüsusilə, Mingəçevir şəhərində ekoloji təmizlik problemi və bu kimi digər məsələlər müzakirə olunacaq.

Üç günlük təlimdən sonra Mingəçevir su anbarının sahilində təmizlik aksiyası planlaşdırılır. Layihənin sonunda  fərqlənən iştirakçılar sertifikatlarla təltif ediləcək

Məqalə Qiyməti