Gənclər üçün layihələndirmə təlimləri keçirilib

: Kamal Əhmədov layihənin hazırlanması qaydalarını gənclərə izah edərkən
Kamal Əhmədov layihənin hazırlanması qaydalarını gənclərə izah edərkən

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatı dəstəyi ilə keçirilən “İstedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron bazanın yaradılması, onlara təlimlərin, həmçinin intellektual və idman yarışlarının keçirilməsi” adlı layihə çərçivəsində 24.06.2018 və 12.07.2018-ci il tarixlərində region gənclərinin iştirakı ilə layihələndirmə təlimləri aparılıb. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin metodisti Kamal Əhmədov layihənin hazırlanması qaydalarını gənclərə izah edib. O, bildirib ki, layihə hazırlanarkən təklif forması, icra planı və xərclər smetasının düzgün tərtib olunması vacibdir. Layihənin hazırlanma mərhələləri əyani şəkildə nümayiş etdirilib, daha sonra qrup tapşırıqları icra olunub.

Məqalə Qiyməti