Mətbuat Şurasının 2015-ci il üçün planları…

:
 


Müşfiq Ələsgərli: ““2015-ci ildə fəaliyyətimizin əsas istiqaməti redaksiyalarda həmkarlar təşkilatının yerli strukturunın yaradılması olacaq”

Əflatun Amaşov: “Onlayn jurnalistikaya daha çox diqqət veriləcək”
Müşfiq Ələsgərli: ““2015-ci ildə fəaliyyətimizin əsas istiqaməti redaksiyalarda həmkarlar təşkilatının yerli strukturunın yaradılması olacaq”

“2015-ci ildə Mətbuat Şurası onlayn jurnalistikaya daha çox diqqət ayıracaq”. Bu sözləri Yenicag.az saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov gələn il üçün mətbuatla bağlı planlardan danışarkən dedi: “İndiki şəraitdə Azərbaycan jurnalistikasında keyfiyyət dəyişkənliyi baş verir. Yeni jurnalistika ictimai fikrin formalaşmasında daha çox rol oynamağa başlayıb. 2015-ci ildə fəaliyyətimizdə bu tendensiya davam etdiriləcək. Onlayn jurnalistikanın sayı da çoxalır. Onların ictimai fikrə təsir imkanları artacaq. Mətbuat Şurası da öncədən strateji istiqamətlərini müəyyənləşdirib ki, onlayn jurnalistikanı diqqət mərkəzindən kənarda saxlamasın. Bu sahəyə diqqəti artıracağıq. Jurnalistlərin sonuncu qurultayında da İdarə Heyəti üzvləri arasında müəyyən dəyişikliklər oldu. İdarə Heyətinə onlayn jurnalistikanın 3 nəfər nümayəndəsi də seçilib. Mətbuat Şurasının bu istiqamətdə fəaliyyət göstərən kommisiyası var. Gələcəkdə bu sahədə fəaliyyəti daha da gücləndirəcəyik. Keçən illərə baxanda Mətbuat Şurasına daxil olan şikayətlərin sayında azalmalar baş verib. Bu da görünür, Mətbuat Şurasının cəmiyyətdə apardığı maarifçilik işləri, həm də jurnalistikanın yeniləşərək, daha da peşəkarlaşması ilə bağlıdır”.

Mətbuat Şurasının İdarə Heyəti üzvü Müşfiq Ələsgərli isə bildirdi ki, gələn il üçün əsas işləri redaksiyalarda həmkarlar təşkilatının yerli strukturlarının yaradılması istiqamətində olacaq: “2015-ci ildə fəaliyyətimizin əsas istiqamətindən biri redaksiyalarda həmkarlar təşkilatının yerli strukturlarının yaradılması olacaq. Bu ilin iyul ayında Mətbuat Şurası sədrilə keçirdiyimiz birgə mətbuat konfransında elan etdik ki, 2015-ci il həmkərlar təşkilatı quruculuğu ili olsun. Bu istiqamətdə bir sıra proqramlar, o cümlədən redaksiyalarda ilkin həmkarlar təşkilatlarının qurulmasını həyata keçirəcəyik. Fəaliyyətimiz uğurlu alınarsa, sonradan Jurnalist Həmkarlar İttifaqı daha geniş tərkibdə formalaşacaq”.

Məqalə Qiyməti