BMT QAK-ın missiyası ilə Azərbaycana gələn Dr. Akio Kanainin rəhbərlik etdiyi heyət bu dəfə 2500 insanın gözlərini müayinə edəcək

: Mingəçevirdə müayinə zamanı
Mingəçevirdə müayinə zamanı

İyulun 11-da Yaponiyanın “Fuci Optikal” şirkəti görmə qabiliyyətinin müayinəsi üzrə 13-cü missiyasına Mingəçevirdən başlayıb. BMT QAK-ın  (Qaçqınlar üzrə Ali Komissarlığı) Azərbaycan hökümətilə sıx əməkdaşlıq şəraitində təşkil etdiyi missiya tanınmış yapon alimi dr. Akio Kanainin rəhbərlik ediryi altı nəfərlik mütəxəssis heyətindən ibarətdir.

“Yaponiyadan gəlmiş göz həkimləri mütamadi olaraq bizim gözlərimizi müayinə edir, dəyərli məsləhətlərini verirlər. Hökümətimizin dəstəyi ilə onların qayğısını mən və digər köçkünlər  həmişə hiss edirik. Mənim də gözümü müayinə etdilər, eynək verdilər.”- 1993 –cü ildən Mingəçevir şəhərində məskunlaşan və missiyadan razılığını bildirən məcburi köçkün Sevda Şükürova belə deyir. Qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı iyulun  14-15-də Şəkidə,  iyulun 17-də isə Bakıda həyata keçiriləcək. Missiya nəticəsində 2500 nəfərin müayinə olunacağı gözlənilir.

 BMT QAK-ın Azərbaycandakı nümayəndəliyində sahə məsələləri üzrə baş məsləhətçi və ictimaiyətlə əlaqələr üzrə məsul şəxs  Elsevər Ağayevin bildirdiyinə görə, bu missiyaya 2005- ci ildən başlanıb:  “Hər il missiya çərçivəsində Azərbaycanda 6 gün ərzində məcburi köçkün,qaçqın və digər həssas qruplardan olan insanlar müayinə olunur. İndiyədək bu məqsədlə 2,5 milyon ABŞ dollarınadək vəsait xərclənmiş, 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK –ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilmişdir. Ümumilikdə, 20 minə yaxın qaçqın,məcburi köçkün və digər həssas qruplardan olan insanlar ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanmışdır”. 

Məqalə Qiyməti