Mingəçevirdə 900 ailəyə qurban payı verilib

: Mingəçevirdə qurban kəsilərkən
Mingəçevirdə qurban kəsilərkən

Millət vəkili Aydın Mirzəzadə öz vəsaiti ilə 40 gözdən əlil ailəsini  sevindirib

 

Qurban Bayramı münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid ailələri, Qarabağ və Çernobıl əlilləri, gözdən əlillər, lal-karlar və digər kateqoriyadan olan imtiyazlı ailələrə qurban payı verilib. Millət vəkili Aydın Mirzəzadə isə öz vəsaiti ilə 40 gözdən əlil ailəsini qurban payı ilə sevindirib. Ümumilikdə, 900 ailəyə qurban payı verilib.

Mingəçevir şəhər İcra Hakimiyyəti  başçısının birinci müavini İlham İsmayılov bütün Azərbaycan xalqını,  o cümlədən mingəçevirliləri qurban bayramı münasibəti təbrik edib: “Bu bayram ən əziz, Azərbaycanın milli-mənəvi dəyərlərinin əks etdirən bayramlardan biridir. Bu bayram münasibəti ilə xalqımıza ruzi bərəkət arzu edirəm”.

Məqalə Qiyməti