Mingəçevir Bələdiyyəsi məzunları mükafatlandırıb

: Mingəçevir Bələdiyyəsində məzunlarla görüş
Mingəçevir Bələdiyyəsində məzunlarla görüş

Ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə pul mükafatı verilib

 

Mingəçevir Bələdiyyəsi  hamilik etdiyi 10 saylı məktəbin yüksək bal toplayan məzunları ilə görüş keçirib. Bələdiyyə sədri Coşqun Abdullayev deyib  ki, son zəng tədbirindəki çıxışında 500-dən yuxarı bal toplayan məzunlara bələdiyyənin qərarı ilə pul mükafatı veriləcəyini söyləmişdi: “Artıq iki ildir bələdiyyə bu ənənəyə sadiqlik nümayiş etdirərək məzunları mükafatlandırır”.

Bələdiyyə üzvləri Zahid Qasımlı, Mircəmil Hacıyev, Sahib Hüseynov və Nəbi Nəbiyev məzunlara uğurlar diləyiblər. Məktəbin tədris hissə müdiri Xuraman İbrahimova, ən yüksək bal toplayan Adilə Babaşlının valideyni, məzunlardan Şəbnəm Sərdarlı və Vüsalə Həsənova çıxış edərək, bələdiyyəyə diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda bələdiyyə tərəfindən yeddi məzuna pul mükafatı, məktəbin müəllimlərinə isə  gül dəstələri təqdim olunub.

Məqalə Qiyməti