“Karyerada ilk addım”

: MDU tələbələri Əmək Yarmarkasında
MDU tələbələri Əmək Yarmarkasında

MDU tələbələri Əmək Yarmarkasında iştirak ediblər

 

Mingəçevir Dövlət Universitetində məzun və tələbələrinin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi əmək yarmarkası keçirilib. Yarmarkada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Mingəçevir şəhər şöbəsinin sektor müdiri İsmayıl Məmmədov qeyd edib ki, məqsəd iş adamlarına  gələcək kadrların seçiminin aparılmasına köməklik göstərmək, eyni zamanda məzun və tələbələrin ixtisasları üzrə boş  iş yerləri haqqında məlumat almalarına köməklik göstərməkdir.

Rəsmi toplantıdan sonra institutun kitabxanasında təşkil olunan yarmarkada şəhərin idarə, müəssisə və təşkilatların rəhbərləri, insan resursları şöbələrinin nümayəndələri fəaliyyət göstərdikləri müəssisələrində vakant yerlər haqqında müraciət edən tələbələrə ətraflı məlumat veriblər.  Tədbirdə məzun və tələbələrin müvəqqəti xarakterli işlə təmin olunması məqsədi ilə “Əmək Birjası” da iştirak edib.

Məqalə Qiyməti