Almaniyalı gənclər Mingəçevirə niyə gəliblər?

: Almaniyalı gənclər mingəçevirlilərlə
Almaniyalı gənclər mingəçevirlilərlə

“Burada əngəlli uşaqlarla aparılan işlər, valideynin əlil övladını cəmiyyət içərisinə çıxarması çox gözəl haldır”

Almaniyanın   bir qrup gənci Mingəçevirdə olub. Onlar Ailələrə Sosial Dayaq İstimai Birliyinə baş çəkib, birliyin həyata keçirdiyi layihə ilə maraqlanıblar. “Qaranquş –Yeni nəsil asudə zaman mərkəzində  “Yeni Azərbaycanın  yeni baharları “adlı layihənin rəhbəri Mətanət Yusifova  həyata keçirilən tədbirlərlə bağlı qonaqlara geniş məlumat verib. Almaniyalı gənclər  əlil uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar. Fueda “Gənclər evi”nin rəhbəri Nizam Dəmir deyib ki, gördükləri mənzərəyə heyranlığını gizlədə bilmir: “Dünya yaranandan əngəlli adamlar olub. Amma burada əngəlli uşaqlarla aparılan işlər, valideynin əlil övladını cəmiyyət içərisinə çıxarması çox gözəl haldır. Azərbaycan bu sahədə uğurlara imza atıb. Düşünürük  ki, bu, sağlamlığı məhdud uşaqların gələcəkdə cəmiyyətə adaptasiyası üçün uğurlu nəticə verəcək. Burda olmağımızdan çox mənunuq”.

 Jasmin adlı gənc  isə  bizimlə söhbətində bildirdi ki,  Almaniyadan fərqli olaraq Azərbaycanda uşaqlar bir neçə dildə təhsli alırlar: “Bizim ölkədə uşaqlara çox az dildə dərs verirlər. Ən çox xoşumuza o gəldi ki, əngəlli uşaqlarla sağlam uşaqlar bir yerdə oynayır, bir  yerdə  məktəbə gedir. Azərbaycanın yerləşdiyi məkan haqqında bilgim var idi. Amma xalqınız haqqında, onun mədəniyyəti və tarixi ilə bağlı məlumatlı deyildim. Elə ilk dəqiqələrdən azərbaycanlıların nə qədər mehriban, qonaqpərvər olduqlarını hiss etdim. Sizlərlə ünsiyyət qurmaq çox asan və xoşdur. Müraciət etdiyim hər kəs ölkəsi, yaşadığı şəhər haqqında müfəssəl məlumat verməyə hazırdır. Bu, çox gözəl keyfiyyətdir”.

Daha sonra almaniyalı gənclər şəhərin görməli yerlərini gəzib, milli mətbəximizə qonaq olublar. 

Məqalə Qiyməti