“Mingəçevir Gənclərin Regional Debat Forumu:Heydər Əliyev Kuboku 2017” uğurla yekunlaşdı

: Debatçıların final mükafatlandırma və bağlanış mərasimində
Debatçıların final mükafatlandırma və bağlanış mərasimində

Forumda 12 komandada  36 gənc iştirak edib. Gənclər “İslam həmrəyliyinin gücləndirilməsi beynəlxalq terrorizmə qarşi effektiv mübarizənin vacib resursudur” mövzusunda “Təsdiq” və “İnkar” tərəfdən debatlar aparıblar. Mingəçevirdə, N.Nərimanov  adına 1 sayılı orta məktəbin ev sahibliyi ilə keçirilən final mükafatlandırma və bağlanış mərasimində  Mingəçevir Dövlət Universitetinin “Boz Qurdlar” və “ Dejavu” komandaları mübarizələr aparıblar. “Boz Qurdlar”  forumun qalibi olub.

Mingəçevir Regional Debat Mərkəzinin nümayəndələri  Etiram Sadıqzadə və Samir Şükürov proqaram çərçivəsində görülən işlərdən və uğurlardan, YAP ŞT Gənclər Birliyinin sədri  Bəxtiyar Mustafayev və  Mingəçevir Tibb Kolleci Debat Klubunun üzvü Songül Məmmədova Heydər Əliyevin gənclər sahəsində həyata keçirdiyi siyasətdən danışıblar.

Sonda  qalib komandaya kubok, qalib-finalçıya  və ən yaxşı natiqlərə medal,  bütün iştirakçılara sertifikatlar verilib.

Məqalə Qiyməti