Mingəçevir məktəblisi respublika birinciliyində ikinci oldu

: Mİngəçevirə qələbə kubokunu gətirən məktəblini əzizləri təbrik edərkən
Mİngəçevirə qələbə kubokunu gətirən məktəblini əzizləri təbrik edərkən

Qəbələ şəhərində iyunun 26-dan iyulun 2-dək “Gənc xilasedici” V Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VI Ümumrespublika birinciliyinin final mərhələsi keçirilib. Tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman  nazirliklərinin dəstəyi ilə baş tutub.

Yarışların açılış mərasimində çıxış edən FHN-in Mülkü müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov və FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva yarışın əhəmiyyətini vurğulayaraq, belə müsabiqələrin keçirilməsinin vacibliyindən danışıblar. Qeyd olunub ki, bu cür yarışlar yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələrin əldə edilməsinə yardıncı olur. Artıq 6-cı dəfədir ki keçirilən “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin təşkil olunmasında məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır.

Yarış ümumilikdə, 3 mərhələdə - rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunub. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak ediblər. Builki Ümumrespublika birinciliyində 10 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparıblar. Nəticədə birinci yerə Bakı, ikinci yerə Mingəçevir, 3-cü yerə isə Sumqayıt məktəbliləri çıxıb. Qaliblərə fəxri fərmanı və kubok təqdim olunub. Mingəçevirə bu mükafatı şəhid Noel Ahəngəri adına 13 saylı tam orta məktəbin şagirdi gətirib. O, yarışın final mərhələsinədək gəlib çıxıb.  

 “Gənc xilasedici” V Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Gürcüstan, Rumıniya, Bolqarıstan və Belarus respublikalarının hər birindən bir komanda, Qazaxıstan Respublikasından isə 2 komanda - Qazaxıstan-1 və Qazaxıstan-2 komandaları iştirak ediblər. 

Məqalə Qiyməti