MTK-da ikiqat bayram

: Mingəçevir Turizm Kollecində  bayram tədbirləri
Mingəçevir Turizm Kollecində bayram tədbirləri

Mingəçevir Turizm Kollecində  iki qat bayram sevinci yaşanıb.  Kollektiv 11 noyabr  Mingəçevir  şəhərinin  69-cu ildönümü   və 12 noyabr Konstitusiya Günü münasibətilə biri-birindən məzmunlu tədbirlərə təşəbbüs və təşkilatçlq edib. Tələbələr arasında  keçirilən inşa və rəsm müsabiqələri  böyük maraqla qarşılanıb. Daha sonra ən yaxşı rəsm və əl işləri nümunələri kollecdə təşkil olunan bayram sərgisində nümayiş olunub. Sərgiyə baxış  keçirən  kollektiv üzvləri və qonaqlar həm də divar qəzetlərinin  ən uğurlu xüsusi buraxılışları ilə  yaxından tanış olmaq fürsəti əldə edib.

Ardınca bayram tədbiri iştirakçıları  tədbirlərin zirvə nöqtəsi olan elmi-nəzəri konfransda bir araya gəlib.  “Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin qarantıdır” adlı elmi nəzəri konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov iştirakçıları iki qat bayram münasibətilə təbrik edib:

“Fərəhli haldır ki, iki əlamətdar təqvimlər  üst-üstə düşüb və birlikdə hər ikisini  bayram edirik. Konstitusiya dövlətçiliyimizin qarantı, kollecimizin yerləşdiyi Mingəçevir  isə  müstəqil Azərbaycanın sənaye və turizm coğrafiyasında xüsusi yeri olan ölkənin  dördüncü şəhəridir. Konstitusiyamızın müəllifi  milli dövlətçiliyimizin memarı olan ulu öndər Heydər Əliyevdir. Eləcə də Mingəçevir şəhərinin  inkişaf etdirilərək nəhəng sənaye mərkəzinə çevrilməsi dahi şəxsiyət Heydər Əliyevin adı və xidmətləri ilə bağlıdır. Xüsusilə də  Qafqazın enerji nəhəngi olan Azərbaycan İstilik Elektrik Stansiyası ümummilli liderin bu günki müasir müstəqil  Azərbaycana vaxtilə ərmağan etdiyi  ən şah əsərlərdən biridir. Demək istədiyim odur ki, bu iki əlamətdar təqvim  xalqımızın dahi övladının xidmətləri ilə bağlı olduğuna görə bizlər üçün iki qat önəmli və əzizdir. Ulu öndər Heydər Əliyev ilk  milli Konstitusiyamızı yaratmaqla dövlətçiliyimizi, azadlığımızı, adət -ənənələrimizi və milli kimliyimizi tam təminat  altına alıb. Onun nəticəsidir ki, bu gün xalqımız və dövlətimiz  inamla sabahlara boylanır, dəyərlərini təbliğ edir  və  bu kimi əlamətdar təqvimlərdə  bayram coşqusu yaşayır.”

 Bundan sonra videoçarxa baxış keçirilib.

Daha sonra digər çıxışlar dinlənilib. Pedaqoqlar   Eldar  Dərişov, Əşrəf Əsgərov , tələbələr Ramil Həmzəyev və  Kifayət İsayeva  müvafiq olaraq  “12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür” ,  “Azərbaycan Respublikasının Konstitusiyası   müstəqil dövlətçiliyimizin qarantıdır”,| “Heydər Əliyev  müstəqil Azərbaycan Respublikası Konstitusiyasının  müəllifidir” və                        “ Mingəçevir nur şəhəridir“ mövzusunda məruzələr səsləndirib.

Konfrans tələbə özfəaliyyət qrupunun təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə başa  çatıb.  

Məqalə Qiyməti