MDU-da qış imtahan sessiyası davam edir

: MDU-da qış imtahan sessiyası
MDU-da qış imtahan sessiyası

MDU-da bu imtahan sessiyasında bakalavr təhsil pilləsi üzrə, əyani və qiyabi təhsil formasında 25 ixtisas üzrə təhsil alan 1547 nəfər tələbə 446 imtahan (Pedaqoji fakültə üzrə 347 tələbə 77, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 761 tələbə 219, Mühəndislik fakültəsi üzrə isə 439 tələbə 150 imtahan) verəcək. Magistr təhsil pilləsində 21 ixtisas üzrə təhsil alan 45  magistrant tədris planına uyğun olaraq 109 imtahan (Pedaqoji fakültə üzrə 25 tələbə 51, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 7 tələbə 16, Mühəndislik fakültəsi üzrə isə 13 tələbə 42 imtahan) verəcək. 

İmtahanların aparılmasına, nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə qeyri-ixtisas fənnlər üzrə müəllimlər təyin edilib. İmtahan sessiyasında şəffaflığı təmin etmək məqsədilə valideynlərin və KİV nümayəndələrinin iştirakına maneəsiz şərait yaradılır. Tələbələr arasında imtahanların gedişi barədə anonim sorğular aparılır. Tələbə  və  valideynlərin, şikayətçilərin rəhbərlik ilə əlaqəsini operativ təmin etmək üçün “Qaynar xətt”,  İmtahandan sonra tələbələrin biliyinin qiymətləndirilməsi zamanı baş verə biləcək münaqişələri aradan qaldırmaq üçün Apelyasiya Komissiyası da yaradılıb. 2 saat davam edən imtahanlara auditoriyalarda quraşdırılmış veb kameraların vasitəsilə də nəzarət edilir.

Hər gün imtahanlar başlamazdan əvvəl ötən günün imtahan nəticələri barədə təhlil və müzakirələr aparılır. Rektor A.Hacıyev neqativ halların, çatışmazlıqların, yaranan problemlərin aradan qaldırılması istiqamətində müvafiq dekanlıqlar, kafedra müdrləri, həmçinin imtahan götürən müəllim və nəzarətçilər qarşısında ciddi tələblər qoyub. 

İmtahanlar yazılı şəkildə həyata keçirilir. Biletlər “Kredit sistemilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq tərtib edilb. Tələbələrin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı, yəni 50 balı tələbənin semestr ərzindəki fəaliyyətinə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır. Tələbələrin fənn üzrə imtahanlarda toplayacağı minimum bal 17-yə bərabərdir.

İmtahan sessiyası fevralın 1-də başa çatacaq.

Məqalə Qiyməti