Ramil Həmzəyev MTK-da Qara Qarayevin yubileyinə həsr olunmuş şahmat yarışının qalibi oldu

: MTK-da Qara Qarayevin yubileyinə həsr olunmuş şahmat yarışı
MTK-da Qara Qarayevin yubileyinə həsr olunmuş şahmat yarışı

Mingəçevir Turizm Kollecinin “İdman və GÇQH” fənn komissiyasının üzvləri görkəmli bəstəkarımız Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə fevralın 1-də şahmat yarışı keçirib. Olimpiya sistemi üzrə keçirilən dörd mərhələdən ibarət yarışda 10 tələbə iştirak edib. Təcrübəli müəllimlərdən təşkil olunmuş hakimlər qrupunun nəzarəti altında oyunlar gərgin idman mübarizəsi şəraitində keçib. İlk mərhələdə rəqiblərini məğlub edən Ramil Həmzəyev və Gülşən Xəlilova finalda görüşüblər. Final Ramil Həmzəyevin qələbəsi ilə başa çatıb. Qalib Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə fəxri fərman və mükafatla təltif ediləcək. 

Məqalə Qiyməti