Əyyub Əyyubov: “Qadın pedaqoqlarımız naliyyətlərimizdə nəzərəçarpan pay sahibidirlər”

: Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri
Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri

Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Pedaqoji heyətinin və tələbə kontingentinin əksəriyyəti gənc  mütəxəssis xanımlardan və tələbə qızlardan  ibarət olan kollektiv təbriklərin  ağuşunda və xoş anlar içində unudulmaz təəssüratlar yaşayıb.

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  kollecin davamlı olaraq əldə etdiyi  uğurlarda qadın əməkdaşların və istedadlı tələbə qızların böyük əməyi olduğunu qeyd edib: “Bu danılmaz  sevindirici faktdır ki, qadın pedaqoqlarımız naliyyətlərimizdə nəzərəçarpan pay sahibidirlər. Hətta bəzi sahələrdə kişi həmkarlarını da üstələdiklərinin şahidi oluruq. Ən əsası isə bu mütəxəssislərin böyük əksəriyyəti gənc,  bacarıqlı pedaqoqlardan ibarətdir. Bu isə  həmin mütəxəssislərin qarşıdakı dönəmdə  kollecimizə yeni perspektivlər vəd etdiyini göstərir.”

Qadınların cəmiyyətin  förmalaşmasında üzərinə iki qat məsuliyyət düşdüyünü xatırladan professor Əyyub Əyyubov  xanımları cəmiyyətin  şərəfi, əsas sütünu, bu günü  və gələcəyi  olaraq xarakterizə edib.

“Təkcə ana, bacı, övlad, nənə, gəlin, həyat yoldaşı missiyası ilə kifayətlənməyən qadınlarımız həm də fəal şəkildə müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində yüksək fədakarlıq nümayiş etdirir. Əslində onları  bu fədakarlığa sövq edən əsas səbəb  Azərbaycan qadınına verilən yüksək dəyər və  göstərilən etimaddır. Bəli bu gün ölkəmizin  birinci vitse prezidenti Mehriban Əliyevanın timsalında biz dəyərli xanımlarımızın nələrə, hansı yüksək potensiala  qadir olduğunun şahidi oluruq. İnanıram ki, Azərbaycan qadının cəmiyyətdəki yeri və rolu gələcəkdə indikindən daha da  artıq olacaq. Bu yolda birinci vitse prezidentimiz Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarına  uğurlar arzulayıram.”

Kollecin tədris şöbəsinin müdiri Qəhrəman Kərimov,  İnsan resursları  şöbəsinin müdiri Tacəddin Əyyubov, təşkilatçı pedaqoq Əşrəf Əsgərov  və başqaları da qadınların fəaliyyətindən danışıb, naliyyətləri haqda məlumatları paylaşıb. Eyni zamanda həmkarlar təşkilatı xəttilə bundan sonra da qadın əməkdaşların sosial qayğılarının diqqət mərkəzində saxlanılacağı vurğulanılıb.

Öz növbəsində kollecin rəhbərliyində təmsil olunan qadın mütəxəssislər – Çinarə Abdullayeva, Aynurə Abbasova, Xanım Məmmədova, Şahzadə Şükürova və digərləri kollektivin qadın əməkdaşlarına  göstərilən daimi diqqətə görə kollec rəhbərinin ünvanına xoş sözlərini çatdırıblar. Qeyd olunub ki, 8 mart həm də kollecin direktoru Əyyub Əyyubovun ad günü kimi  kollektiv üzvləri üçün əlamətdardır:

Daha sonra  pedaqoji fəaliyyətdə və təhsildə fərqlənən bir qrup pedaqoq və tələbəyə bayram münasibətilə fəxri fərman və hədiyyələr təqdim olunub.

Məqalə Qiyməti