“On May”ın möhtəşəm fləşmobu diqqəti çəkdi

: “On May”ın möhtəşəm fləşmobu
“On May”ın möhtəşəm fləşmobu

Mingəçevirdə “On May” hazırlıq kursu fləşmob keçirib. Ulu öndərin adını daşıyan kurs artıq 5 ildir ki, bu ənənəni davam etdirir. Tədbirdə şagirdlər əvvəlcə şeirlər, mahnılar ifa ediblər. Daha sonra rəqs nömrələri nümayiş olunub. Burada milli rəqslər, milli musiqilər və digər dünya xalqlarının müsiqilərinə də üstünlük verilib. Fləşmob valideyn və şagirdlər,  ictimayyət nümayəndələri tərəfindən razılıqla  qarşılanıb.

Ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbirin təşkilatçısı kursun ingilis dili müəllimi Sevinc Bağırova və ibtidai sinif müəllimi Jalə Qarayevadır. Eyni zamanda 2016-cı ilin sentyabr ayından kursa rəhbərlik edən  Ceyran Sultanovanın da bu işlərin ərsəyə gəlməsində əməyi böyükdür.

Son beş ildə Mingəçevirdə fəaliyyət göstərən  “On May” kurslarında müxtəlif hazırlıq qrupları (ibtidai sinif, məktəbəqədər, abituriyent, dövlət qulluğu, YÖS (məntiq və riyaziyyat), xarici dil, kompyuter, həmçinin V-VIII sinif hazırlığı) kursları fəaliyyət göstərir. Son imtahanda 80 faizdən yuxarı  nəticə əldə olunub. Kursa dövlət qulluğu ilə bağlı müraciətlər daha çoxdur.

Məqalə Qiyməti