Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisəsi ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib

: “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun  inkişafı” mövzusunda beynəlxalq konfrans
“Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun inkişafı” mövzusunda beynəlxalq konfrans

Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb. Kollec  tərəfdaşı olan Sankt-Peterburq Turizm və Otel Servisi Kolleci ilə birgə təşkilati missiyanı yerinə yetirərək  “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun  inkişafı” mövzusunda beynəlxalq konfransın keçirilməsinə nail olub. Rusiya, Italiya, Finlandiya və Azərbaycan təhsil müəssisələrinin iştirakı ilə baş tutan tədbirdə Sankt-Peterburq Təhsil Komitəsi rəsmiləri fəal iştirak edib. Qeyd edək ki, konfransın əsas məqsədi kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin əmək bazarının tələblərinə müvafiq olaraq yeni inkişaf yollarının və mexanizminin müəyyən edilməsinə nail olmasını təmin etmək olub. Ən maraqlısı da odur ki, konfransın keçirildiyi zalın ideoloji tərtibatından tutmuş iştirakçı təşkilatlara təqdim olunan hüquqi və nəzəri materiallaradək bütün vəsaitlərdə Sankt-Peterburq Turizm və Otel Servisi Kolleci ilə Mingəçevir Turizm Kollecinin adları qoşa yazılıb.

Qeyd edək ki,  “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun  inkişafı|” adlı beynəlxalq konfrans Sankt –Peterburq Təhsil Komitəsinin rəsmi nümayndələrinin  açılış nitqləri ilə öz işinə başlayıb. Komitənin sədr müavini Yuri Solyannikov, Komitənin peşəkar təhsil üzrə aparıcı mütəxəssisi  Yuliya Kovalyova və Rusiyanın əməkdar müəllimi, Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin direktoru  Svetlana Antonova  konfransda müzakirəyə çıxarılan mövzunun önəmindən danışaraq  iştirakçılara uğurlar arzulayıblar.

Bundan sonra çıxış etmək fürsəti əldə edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov rəhbərlik etdiyi kollektiv, kollecin maddi texniki bazası, tədris imkanları, uğurları, məzunları   və geniş şəbəkəli beynəlxalq əməkdaşlıq əlaqələrı barədə  ətraflı söhbət açıb. Ardınca  “Sosial əməkdaşlıq tədrisin inkişafına təsir edən əsas amillərdən biridir” mövzusunda əhatəli məruzə ilə çıxış edən dəyərli elm adamı  konfran iştirakçılarının rəğbətini qazanıb. O turizm sənayesinin inkişafı üçün kadr hazırlığı prosesində  elmi, nəzəri və praktik yeniliklərin tətbiq olunmasının vacibliyindən bəhs edib. Turizm psixologiyasının yenidən öyrənilmə zərurəti, beynəlxalq sosial tərəfdaşlıq münasibətlərinin kadr hazırlığına təsiri, tolerant ənənələrin turizmin yeni inkişaf dönəmində verə biləcəyi töfhə  və digər vacib məsələlər barədə məzmunlu nitq söyləyib.

Daha sonra İtaliyanın Kazarqo şəhərinin  meri, School CFPA hotelinin   administrator məsləhətçisi Skarpa Pina, İtaliyanın  İPS Veccari təhsil müəssisəsinin  direktoru  Petro Rapizarda və  həmin təhsil ocağının müəllimi  Nikola Klaudia Aleccandra, həmçinin  Finlandiyanın Savonlinna şəhərinin  SAMLedu kollcinin müəllimləri  Mika Nenonen, Timo Leso və  həmin kollecin  beynəlxalq təhsil proqramlarının rəhbəri  Yuti Noora geniş məruzələrlə çıxış ediblər.  Onlar “İtaliyada  innovasiyalı  peşəkar təhsildə  beynəlxalq sosial əməkdaşlığın rolu”, “Qastronomik peşəkar usta müsabiqələri təcrübəsi”,  “Qastronomik və sosial müsabiqə - sakitliyin divarını qırırıq”, “İtaliyanın alternativ  proqramları - tələbələr işdə”,  “Finlandiyada təhsil islahatlarından sonra  təhsilin təşkili”,  “Peşəkar kollecdə real iş şəraiti üçün kadr hazırlığı”  mövzularında maraqlı fikirlər səsləndiriblər.

Konfransın ikinci günü müzakirələr ayrı-ayrı bölmələrdə davam etdirilib.

Mingəçevir Turizm Kollecinin Finlandiya və İtaliya təhsil müəssissələri ilə əməkdaşlıq sazişi imzalaması barədə ilkin müzakirələr aparılıb. Hətta Azərbaycan təhsil müəssisəsi adı çəkilən dövlətlərə dəvət alıb.  Tədbir iştirakçıları Sankt Peterburqda keçirdiyi günlər ərzində şəhərin tarixi yerlərinə və muzeylərə təşkil olunan ekskursiyalara qatılıblar. Eyni zamanda Sankt-Peterburq Turizm və Otel Servisi kollecinin maddi texniki bazası, tədris  və təcrübə sahələri ilə yaxından tanış olmaq fürsəti əldə ediblər.

Məqalə Qiyməti