Mingəçevir Turizm Kollecində məzun günü

: Mingəçevir Turizm Kollecində məzun  günü
Mingəçevir Turizm Kollecində məzun günü

Turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı missiyasını həyata keçirən Mingəçevir Turizm Kolleci 2017-2018-ci tədris ilinin yekunlarına əsasən növbəti məzunları ilə vida mərasimi təşkil edib. 13 ixtisas üzrə 24 qrupda  əyani və qiyabi təhsil almış 533 gənc göz oxşayan xüsusi məzun  libaslında  kollec meydanını dolaşaraq,  təhsil ocağına  və  üzərlərində haqqı olan pedaqoqlara sevinc göz yaşları içinda “əlvida” deyib.

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov doğma kollektivinə, məzunlara və onların yaxınlarına təbriklərini çatdırıb və tədris ili ərzində fərqlənən pedaqoq və tələbələri fəxri fərmanlarla mükafatlandırıb. Kollecin direktor müavini Çinarə Allahverdiyeva, şöbə müdirləri, fənn komissiyalarının rəhbərləri, valideyn və məzunlar da çıxış edərək ən xoş arzularını ifadə ediblər. Vida gecəsi zəngin bayram proqramı ilə yadda qalıb. Tələbə özfəaliyyət qrupunun rəngarəng ifaları, eyni zamanda məzunların təqdimat çıxışları xoş ovqat yaradıb.

Məqalə Qiyməti