MDU-da məzun gecəsi

: MDU-da məzun gecəsi
MDU-da məzun gecəsi

“Bu günə qədər yanınızda idik. Sizə təhsil verdik,  heç kimdən asılı olmadan düzgün yaşamağın, cəmiyyətə faydalı olmağın yollarını öyrətməyə çalışdıq. İndidən sonra isə hər addımınız üçün özünüz düşünüb, qərar verməli olacaqsınız.  Unutmayın ki, heç də rahat, rəhimdil olmayan həyatın enişi,  yoxuşu var, şirinliyi ilə bərabər çoxlu ağrıları, acıları var.  Ümid edirəm ki, bunlar sizi qorxutmayacaq və Allah sizi  haqsızlıqlardan qoruyacaq, həyat üzünüzə güləcək. Mən sizə ata balasına nə arzulayırsa, onları arzulayıram. Ölkəmiz üçün ləyaqətli vətəndaş, valideynləriniz üçün arzuolunan övlad, gələcəkdə quracağınız ailə üçün dəyərli insan olasınız”.  

Bu fikirləri MDU-nun iyunun 30-da keçirilən məzun gecəsində universitetin rektoru Akif Hacıyev səsləndirib. Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov da bu il təhsil ocağından məzun olan bakalavr və magistrantlara İHB adından təbriklərini çatdırıb,   onların cəmiyyətin gərəkli üzvlərinə çevriləcəyinə inandığını bildirib: “Əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin səyləri hesabına uğurla davam etdirilən müasir Azərbaycan təhsili  yeni inkşaf mərhələsinə daxil olub. Məqsəd ölkəmiz üçün layiqli kadrlar yetişdirməkdir.  Azərbaycan öz müstəqilliyini möhkəmləndirdikcə bütün sahələrdə səriştəli kadrlara ehtiyac da artır. Hesab edirəm ki, MDU-da bu vəzifə layiqincə yerinə yetirilir.  İnanıram ki, bu məzunlar aldıqları biliyi  həm ölkəmizin müxtəlif guşələrində, həm də xaricdə Azərbaycanımızın inkişafı üçün layiqincə sərf edəcəklər”.

“Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədirli,  mühənislik fakültəsinin dekanı Vüqar Mustafayev,  magistr və doktaruntura sektorunun müdiri Günel Kərimli, magistraturanı bitirmiş Günel Əliyeva,  bakalavr pillələrini başa vurmuş Mehriban Fərəcova, Orxan İsmayılov da təbriklərini bölüşüblər.

MDU-nun müəllimi Günəş Şəfaqətov isə bu mərasimə həm də valideyn kimi qatılıb: “Övladım  universiteti fərqlənmə ilə bitirdi. Biz hər ikimiz bu ali məktəbi seçməkdə yanılmadıq. Çünki burda təhsilə qayğı var.  Amma təhsil heç zaman bitmir. Siz nə qədər çox təhsilli olsanız, ölkəmiz o qədər inkişaf edər”.

Bakalavr və magistr pilləsini uğurla başa vuranların  bir qrupuna Fəxri Fərmanlar verilib. Eyni zamanda  məzunlar müəllimlərinə hədiyyələrini təqdim edib. Papaq atma dəqiqələrindən sonra gənclər  birgə rəqs ediblər.

Məqalə Qiyməti