Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Doktorant və gənc tədqiqatçıların XXII respublika elmi konfransına MDU-nun 11 əməkdaşı qatılıb

214

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib. İki gün davam edən konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Konfransda ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransın gənc alimlərin elmi

fəaliyyətinə təkan verəcəyini bildirib. O, əlavə edib ki, universitetdə gənc tədqiqatçıların yetişdirilməsinə xüsusi diqqət yetirilir və bu istiqamətdə məqsədyönlü fəaliyyət həyata keçirilir.

Təhsil naziri Ceyhun Bayramov elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Nazir dövlətimizin başçısının Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsinin doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev insan resurslarının inkişafı, kadr hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər,  gənc alimlərə kömək məqsədilə fond tərəfindən reallaşdırılan qrant layihələrinin uğurlu nəticələri barədə məlumat verib. Bild

irib ki, gənclərin inkişafı, onların elmi fəaliyyətə cəlb edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Sonra gənc doktorantlar müxtəlif mövzularda çıxış ediblər.Konfrans öz işini 15 bölmədə davam etdirib. Konfransa ali təhsil müəssisələrindən və Azərbaycan Milli Elmlər Akademiyasından 500 tezis təqdim olunub.

Konfransın işində və bölmə iclaslarında Mingəçevir Dövlət Un

iversitetinin 11 əməkdaşı iştirak edib. Şəbnəm İslamova “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə imkanları”, Aysel Qocayeva “Mingəçevir hidrokompleksi Azərbaycanın həyat təminatıdır”, Zaur Rəsulov “Azərbaycan şirkətlərində işgüzar karyeranın planlaşdırılması heyətin idarə olunması texnologiyası kimi”, Yeganə Məmmədli “Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti”, Aynur Namazova “Azərbaycanda kənd təsərrüfatının inkişaf istiqamətləri”, Vüqar Məmmədli “Bələdiyyələrin iqtisadi fəaliyyəti hesabına yerli büdcənin gəlirlərinin artırılması”, Vüsalə Mövlayeva “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılması”, Xəyalə Abdullayeva “Yazılı nitqdə sitat və əlaqələndirici ifadələr (atalar sözləri, epiqraf, interferensiya)”, Ayna Babazadə “Əzizə Cəfərzadənin hekayələrində tarixi gerçəkliyə yeni baxış“, Lamiyə İbrahimova “Azərbaycan və rus dilləri sistemində frazeoloji paradiqm problemi”, Könül Cabbarova  “Kütləvi informasiya vasitələrinin yeniyetmə və gənclər arasında deviant davranışın formalaşmasına təsiri” mövzusularında çıxış ediblər.

Konfrans çərçivəsində ADPU-nun məzunları olmuş akademiklərimizdən  Yusif Məmmədəliyev, Zahid Xəlilov və Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların da açılış mərasimi keçirilib. Mərasimdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpi

ada qaliblərinə diplomlar təqdim edilib.

Şərhlər bağlıdır.