Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mavi Röya”da peyğəmbərin mövludundan və əxlaqından danışıldı

290

Sonuncu peyğəmbərin dünyaya gəlişindən əvvəl və sonra milyardlarla insan anadan olub və vəfat edib. Amma peyğəmbərin mövludu tam fərqli bir hadisədir. Böyük Yaradanın insanlara son elçisini göndərməsi ilə bəşərin ən yeni tarixinin yazılmasına başlanıb. Adəm, Nuh, İbrahim, Musa, İsa kimi peyğəmbərlərin misilsiz zəhməti və səyi ilə yetişən din Məhəmməd (s.a.v.) tərəfindən cilalanaraq, Adəm övladlarına çatdırılıb. Bununla da bütün suallar cavablandırılıb, intizarlara son qoyulub. Daha heç kim “bundan daha kamili ola bilər” deməyə cürət tapmayıb. Çünki Allah insanlara göstərdiyi bütün lütflərin ən üstününü bəşəriyyətə bəxş edib.

Noyabrın 28-də “Mənəvi Saflıq” Vətəndaş Cəmiyyəti Fondunun ofisində peyğəmbərin mövludu münasibətilə keçirilən “Mavi Röya” adlı tədbirdə fondun rəhbəri Əhməd Məmmədov  bildirib ki, mövlud bayramı insanları əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır: “Quranda deyildiyi kimi, “Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir”.

Dindarlardan Samir Lətifov, Əliağa Bəkirli, Mehdi baba, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Yevlax bölgəsinin nümayəndəsi Əlisa Fərəcov, “Mingəçevir işıqları” qızetinin baş redaktoru Fərman Nəbiyev və başqaları peyğəmbərimizlə bağlı fikirlərini səsləndiriblər. Onlar diqqətə çatdırıblar ki, mərhəmətli Allah peyğəmbərimizi insanlar arasında seçərək, özünə Rəsul edib, onu aləmlərə rəhmət olaraq bizə peyğəmbər göndərib, gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edib.

Mövlud gecəsi Quran ayələrinin oxunması və ehsan süfrəsi ilə başa çatıb.

Şərhlər bağlıdır.