Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Orqanizmin regenerasiyası

793

Elm adamları insan bədənindəki orqanların yaşlanma müddətini araşdırdı. Göz və beyin xaric qalan bütün ortanlar özü-özünü yeniləyə bilir və beləcə bədənimiz həyat boyu 10 yaşında qalmağı bacarır.
İngiltərənin Daily Mail qəzetinin xəbərinə görə bunun səbəbi hüceyrələrin yenilənməsi, yəni köhnə hüceyrələrin yerini yeni hüceyrələrin alması olaraq açıqlanır.
Ancaq bu “qalıcı gənclik” orqanların yenilənməsi hadisəsindən nəsibini almayan orqanlarda yox deyil. Beyin, gözlər və sinir sistemi özünü yeniləyə bilmir.
Beyində qoxu bilmə və öyrənmə mərkəzləri xaricindəki digər bütün hüceyrələr, tam mənasıyla olğunlaşmasını tamamladıqdan sonra yenilənə bilməyən sinir sistemi və kornea xaricindəki yenilənə bilməyən gözlər kimi, yaşlanma ilə mübarizə apara bilmir.

Ürək özünü 20 il müddətində yeniləyir.

İllərcə ürəyi olğunlaşdıran hüceyrələrin doğulduqdan sonra dəyişilmədiyi bilinirdi. Ancaq Nyu York universitetindən Dr.Piero Anversa bunun əksini isbat etməyi bacardı. Ürəyin özünü yenilədiyini bildirən Anversa bunun ən az 20 il vaxt aldığını qeyd etdi.

Saçlar özünü 3-6 ildə yeniləyir.

Təqribən yüz min ədəd olan saçların hər bir teli ayda 1.25 sm uzanır. Bununla əlaqədar olaraq saçların yaşı uzunluğuna görə dəyişir.

Mədə divarı özünü 3-5 gündə yeniləyir.

Mədədəki turşu qarşısında hüceyrələrin dözümlü olmadığını bildirən İsveç-Karolinska universitetindən Jonas Frisen, hüceyrələrin 3 ilə 5 gün arasında yeniləndiyini vurğuladı. Ancaq nikotin hüceyrələrin yenilənməsini ləngidir.

Bağırsaq özünü 2-5 gündə yeniləyir.

Mədədə olduğu kimi bağırsaqlar da hüceyrələrin çətin bir prosesi gerçəkləşdirdiyini deyən isveçli Dr.Frisen bu hüceyrələrin sürətlə yeniləndiklərini və bunun 2=5 gün arasında dəyişdiyini ifadə etdi.

Skelet sistemi özünü 10 il müddətinə yeniləyir.

Skelet də bədənin fasiləsiz özünü yeniləyən hissələrindən biridir. Sümüklərin 10 ildə bir bütövlüklə özünü yeniləndiyi güman edilir.

Dil özünü 10 gün ərzində yeniləyir.

Dad molyekullarını sinirlər vasitəsilə beyinə çatdıran dildə yer alan 10 min tumurcuğun hər birind 50 hüceyrə yer alır. Bu hüceyrələr hər 10 gündə bir özünü yeniləyir.

Qaraciyər özünü 6 aya yeniləyir.

Yağ, protein, şəkər və qandan ibarət lazımi maddələri saxlayan qaraciyər bədənin ən güclü orqanlarından biridir. İngiltərədə qaraciyər vəqfi tərəfindən edilən açıqlamaya görə qaraciyərin özünü yeniləmə müddətinin 6 ay olduğu bildirilir.

Ağciyər özünü 1 ilə yeniləyir.

Ağciyərdə hüceyrələr fərqli periodlarda yenilənir. Bu da havanın təmizliyinə, siqaret çəkib-çəkməməyə görə dəyişir. Yenilənmə müddəti bununla əlaqədar olaraq 6 ayla 1 il arasında dəyişir.

Gözlər yenilənmir.

Gözlər, kornea təbəqəsi xaricində özünü yeniləmə özəlliyinə sahib deyil. Vaxt keçdikcə yaş artdıqca gözlərinizdə sizinlə birlikdə yaşlanır.

Beyində gözlər kimi yenilənmir.

Şərhlər bağlıdır.