Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Polislər  qəzaya məruz qalan hamilə qadını xilas etdilər  

218

Körpəyə onların adı veriləcək 

Mingəçevirin N. Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində yol qəzası zamanı maşında olan Zərdab rayon sakini, 28 yaşlı Aişə Heydərovanı  Yol Patrul Xidmətinin əməkdaşları  Samir Sultanov və Samir Cabbarlı xilas etməyə müvəffəq olublar. Onlar hamilə qadını dərhal xəstəxanaya çatdırblar. Həyacan keçirən qadın doğum evində deyil, “Acil” şöbəsində oğlan uşağı dünyaya gətirib.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirlən ana və kğrpənin vəziyyəti normaldır. Xəstəxanadan verilən məlumata görə, bu, qadının birinci hamiləliyi idi. Qadın 4 il idi ki, övlad dünyaya gətirə bilmirdi. Qadının valideynləri uşağa onlara kömək edən polisin adını vermək niyyətindədilər.

Şərhlər bağlıdır.