Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Qarabağ” komandası “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2018”in qalibi oldu

214

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və onların yerli qurumlarının birgə təşkilatçılğı ilə “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2018” uğurla yekunlaşıb. Ötən forumlardan fəqli olaraq bu dəfə Mingəçevirlə yanaşı Ağdaş və Yevlaxdan  olan gənclər də qüvvələrini sınayıblar. Forumun ilk günü finala qədər olan mərhələlər yekunlaşıb. Yarımfinalda MDU-nun “Qarabağ” “Bermud”,  “Confidence”  və  Mingəçevir Tibb Kollecinin “Ürək Döyüntüsü” komandaları qarşılaşıblar.  Finala “Qarabağ” və “Confidence” komandaları  vəsiqə qazanıblar. “Final Mükafatlandırma və Bağlanış Mərasimi”də daha uğurla çıxış edən “Qarabağ”  “Mingəçevir Gənclərin Regional Debat Forumu:Payız 2018”in qalibi kimi  Bakıda keçiriləcək “Respublika Gənclər Regional Debat Forumu: Payız 2018”də Mingəçeviri təmsil etmək hüququ qazanıb.

Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov, Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədov gənclərin inkişafında debatların mütəsna rolundan danışıblar.

Milli Debat Proqramının Regional Mərkəzlər üzrə meneceri Etiram Sadıqzadə,  Mingəçevir Regional Debat Mərkəzinin sədr müavini  Milli Debat Proqramının  və mərkəzin uğurlu fəaliyyətindən danışaraq qarşıda duran vəzifələrdən söhbət açıblar.

Sonda qalib komandaya kubok və medal, ən yaxşı natiqlərə medal, bütün iştirakçılara təqdim olunub.

Şərhlər bağlıdır.