Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şirəli baba haqqında – az.wikipedia.org

291
Doğum tarixi
Doğum yeri BarzavuLerikLənkəran xanlığı
Vəfat tarixi 2 sentyabr 1973(168 yaşında)
Vəfat yeri BarzavuAzərbaycan
Şirəli Müslimov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. O, 3 dəfə evlənmiş və 23 övlad sahibi olmuşdur. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında “Şirəli dağdan endi” adlı sənədli film çəkilmişdir. 136 yaşında qız atası olmuşdur. Uzun ömürlülüyünə görə Ginnesin Rekordlar Kitabınadüşmüşdü.

Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurur[1]. Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyati məsələlərin səhv olmaq ehtimalı da mövcuddur. Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş özünün “Qafqaz xalqları və onların mədəniyyəti” əsərində Azərbaycana da xüsusi yer ayırmışdır. Həmin əsərdə 1800-ci ildə əhalinin, əsasən də, siyahıya alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri-mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, cənub mərkəzi ilə əlaqələrin və s. olmamasını yazmışdır. Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmamasını göstərməklə, 100 ilə yaxın yaşamasını, ölüm tarixinin isə 1973-cü ilə təsadüf etdiyini də qeyd etmişdir.


az.wikipedia.org/wiki/Şirəli_Müslümov

Şərhlər bağlıdır.