Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2018-ci ilin yanvar-sentyabr aylarında Mingəçevirdə məhsul bazarı, ictimai iaşə və əhaliyə göstərilən ödənişli xidmətlərin əsas göstəriciləri.

248

   Məhsul bazarı

2018-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində cəmi istehlak malları satışının 46,7 faizi və ya 123180,5 min manatı ərzaq malları, 53,3 faizi və ya 140376,8 min manatı isə qeyri ərzaq mallarının payına düşmüşdür.

Cari ilin yanvar-sentyabr ayları ərzində əsas fəaliyyəti pərakəndə ticarət olan şəbəkələrdən 14433,7 min manatlıq əmtəə satılmışdır ki, bu da keçən ilin müvafiq dövründən 5422,1 min manat və ya 1,6 dəfə çoxdur. Digər sahələr (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) üzrə satışın məbləği 1412,8 min manat təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə və ya 744,7 min manat çoxdur. Bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən satılmış malların məbləği 48415,2 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 12,6 faiz və ya 5404,6 min manat, hüquqi şəxs yaratmadan digər fiziki şəxslər tərəfindən satılmış malların məbləği isə 199295,6 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 0,8 faiz və ya 1621,4 min manat çoxdur.

Hesabat dövründə  pərakəndə ticarət şəbəkələrində cəmi istehlak mallarının satışının 5,48 faizi ticarət təşkilatlarının, 18,37 faizi bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin, 75,62 faizi digər fiziki şəxslərin və 0,53 faizi isə digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) payına düşmüşdür.

2018-ci ilin yanvar-sentyabr aylarında şəhər üzrə cəmi pərakəndə ticarət dövriyyəsinin 0,04 faizi dövlət və 99,96 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür.

   İctimai iaşə xidmətləri

2018-ci ilin yanvar-sentyabr aylarında şəhərin istehlak bazarında cəmi istehlak mallarının satışının ümumi həcmində əhaliyə göstərilən ictimai iaşə xidmətlərinin həcmi 5715,8 min manat, xüsusi çəkisi isə 1,80 faiz təşkil etmişdir.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində  şəhər üzrə fiziki şəxslər də daxil olmaqla əhaliyə 5715,8 min manatlıq ictimai iaşə xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 235,0 min manat və ya 4,3 faiz çoxdur.

Hüquqi şəxslər üzrə ictimai iaşə xidmətlərinin dövriyyəsi 159,2 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,9 faiz və ya 29,7 min manat çoxdur.

Hüquqi şəxslər üzrə ictimai iaşə xidmətləri dövriyyəsinin 80,3 min manatı və ya 50,4 faizi dövlət mülkiyyətli müəssisələrin hesabınadır.

Diaqramdan göründüyü kimi, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində ictimai iaşə xidmətləri dövriyyəsinin həcmində fiziki şəxslərin xüsusi çəkisi 97,21 faiz, digər sahələrin “İri və orta müəssisələri”nin xüsusi çəkisi 1,38 faiz, “Kiçik müəssisələri”nin xüsusi çəkisi isə 1,41 faiz təşkil etmişdir ki, bu da digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələr”inin hesabınadır.

   Əhaliyə göstərilən ödənişli xidmətlər

2018-ci ilin yanvar-sentyabr aylarında şəhərin istehlak bazarında cəmi istehlak mallarının satışının ümumi həcmində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 47979,2 min manat, xüsusi çəkisi isə 15,12 faiz təşkil etmişdir.

Şəhər əhalisinə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 47979,2 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1824,7 min manat və ya 4,0 faiz çoxdur. Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətin 6963,4 min manatı və ya 14,5 faizini məişət xidmətləri təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 199,3 min manat və ya 2,9 faiz çoxdur.

Əhaliyə göstərilən ödənişli xidmət və məişət xidmətinin 2018-ci ilin yanvar-sentyabr aylarının 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisəsini qrafikdən görmək olar.

Cari ilin yanvar-sentyabr aylarında göstərilmiş ödənişli xidmətlərin 25,5 faizi hüquqi şəxslərin hesabına formalaşmışdır.

Etibar Kərimov

Mingəçevir Şəhər Statistika İdarəsi

Şərhlər bağlıdır.