MingəçevirYerli Qurumlar

Energetiklər qəsəbəsində sakinlərlə növbəti görüş

Bu dəfə qəsəbənin Naxçıvan 42,Yadigar Mansurov 11,15,13 və 9 ünvanlarında yaşayan sakinlərlə görüş keçirilib. Burda da nümunəvi məhəllə yaradılıb, həyətdə uşaq əyləncə mərkəzi quraşdırılıb, binaların dam örtükləri dəyişdirilib, dəhlizlərdə və xeyir-şər mağarlarında təmir-bərpa işləri aparılıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  görüşdə vurğulayıb ki, prezidentin tövsiyə və tapşırıqları əsasında indiyə qədər  ayrı-ayrı məhəllələrdə bir neçə səyyar görüş keçirilib: “Sakinlər həlli vacib problemlərin aradan qaldırılmasını diqqətə çatdırıblar. Biz insanların rahat şəraitdə yaşamaları və istirahət etmələri üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

Görüşə gələnlər mərkəzləşdirlmiş istilik sisteminin bərpasına ehtiyac duyulduğundan, cəmi bir işçisi və nasaz kompüteri olan poçt şöbəsində yaranan növbələrdən, ərazidə bankomatların azlığından, binaların zirzəmilərinin qrunt suları ilə dolu olmasından danışıblar.
Görüşdə Naxçıvan küçəsində yaranan  yol problemi ilə bağlı məsələ də dilə gətirilib. Bildirilib ki, həmin küçədə piyada keçidi olmadığından dəfələrlə yol nəqliyyat hadisəsi baş verib. Adı çəkilən ünvanda dayanacaqların da qoyulması vacibdir.
Qəsəbə sakinlərini dinləyən başçı onları əmin edib ki, qaldırılan problemlər mərhələ-mərhələ öz həllini tapacaq və ilin sonunadək qəsəbədə nümunəvi məhəllələrin sayı artırılacaq.

 

Tag
Daha çox

Oxşar yazılar

Close