Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Heydər Əliyev-tarixi şəxsiyyət, əbədi yaşar lider”

315

Dekabrın 11-də Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyev-tarixi şəxsiyyət, əbədi yaşar lider” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə iştirakçılar öncə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, onun həyat və yaradıcığından bəhs edən filmə baxıblar. Bundan sonra konfrans dəyirmi masa ətrafında davam edib. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən I müavin, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini İlham İsmayılov bu günki müasir, müstəqil, qüdrətli Azərbaycan dövlətinin təməlini qoymuş Heydər Əliyevin keçən əsrin altmışıncı illərindən başlayaraq hakimiyyətdə olduğu dövrdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı üçün yürütdüyü uzaqgörən siyasətdən və nail olduğu uğurlardan danışıb. Natiq eyni zamanda bildirib ki, cənab İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirərək, dövlətimizin regionda qüdrətli ölkəyə çevrilməsinə nail olub.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ümummilli lider Heydər Əliyev-dövlətçilik tariximizdə xüsusi xidmətləri olan tarixi şəxsiyyət”, Mingəçevir Turizm Kollecinin şöbə müdiri Gülnarə Şükürova “Heydər Əliyev-yüksək şəxsi keyfiyyətlərə malik görkəmli dövlət xadimi”, “AzİES” MMC-nin direktoru Təhmasib Hüseynov  “Heydər Əliyev-xilaskar və qurucu lider”; Mingəçevir Tibb Kollecinin şöbə müdiri Azər Quliyev “Müasir  Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının nəticəsidir” mövzularında  çıxış ediblər.

Şərhlər bağlıdır.