Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İ.İsmayılov: “Yuxarı siniflərdə dərslərin davamiyyəti ciddi nəzarətdə saxlanılmalıdır”

184

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dekabrın 22-də təhsil işçiləri ilə görüşüb. Təhsil şöbəsinin müdiri Sahib Məmmədov ölkəmizdə, eləcə də Mingəçevirdə təhsilə göstərilən qayğıdan danışıb, eyni zamanda hələ də şəhərdə 8 məktəbin  təmirsiz qaldığına diqqəti yönəldib: “Bu məsələnin Təhsil Nazirliyinin diqqətinə çatdırlması vacibdir”. .

8 və 10 saylı uşaq bagçalarının müdirləri Svetlana Məcidova və Natəvan Cəfərova, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, 8 saylı məktəbin və şəhər liseyinin direktorları Adil Kərimov və Aidə İsmayılova arzu və təkliflərini çatdırıblar. Onlar əmin olduqlarını bildiriblər ki,  yeni təyin olunmuş başçı problemlərinin həllində onlara həmişə dəstək olacaq.

İ.İsmayılov gələcəyimizin təhsilli kadrlardan çox asılı olduğunu diqqətə çatdırıb: “Odur ki, daha savadlı gənclər yetişdirməliyik. Məktəblərdə nizam-intizama hamılıqla riayət edilməlidir. Yuxarı siniflərdə dərslərin davamiyyəti ciddi nəzarətdə saxlanılmalıdır. Nöqsanlara göz yummaq lazım deyil. Rəhbər vəzifə tutan hər bir şəxs  öz işində dönüş yaratmalı və məsuliyyətini dərk etməlidir”.

Şərhlər bağlıdır.